Mıtişidə Novruz bayramı

Moskva vilayətinin Mıtişi şəhərində azərbaycanlı xanımlar Novruz bayramını geyd ediblər. Geyd etmək lazımdır ki, “Bakı bulvarı” restoranının kollektivi insanların razı getməsi üçün hər şeyi etmişdilər. Şənliyin aparıcısı Laləçiçək xanım bu bayramın uzun müddət xatirələrdə galması üçün xeyli əziyyət çəkmişdi. Mügənni Gülbahar xanım gəlbə yatan və şən mahnıları ilə hər kəsi məftun etdi, həm də “Xudayar” təsnifini və “Çay” mahnısını hamı ilə bərabər ifa etdi.

Novruzun simvolları Kosa və Keçəl, yumura döyüşdürülməsi, Rena Gafarlının “Bahar gızı” mahnı-rəgsi, şəkərbura bəzəmək yarışması, gənc istedadlı müğənni Orxan Guliyevin mahnıları məclisi daha da rövnəgləndirdi. Daha çox təəcüb və fərəh doğuran isə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından bir parçanın xanımlar tərəfindən səhnələşdirilməsi oldu.

Daha sonra Moskva vilayəti azərbaycanlılarının reğional milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov və Mıtişi azərbaycan icmasının rəhbəri Kamil Bayramov tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdilər və Ulduz xanım Əsgərova başda olmagla bu məclisin ərsəyə gəlməsində haggı olan hər kəsə təşəkkür ettilər. Geyd olundu ki, belə məclislərin davamlı olması böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olmasında və adət-ənənələrimizin sonrakı nəsillərə ötürülməsində mühüm rol oynayır.

Теги