Vətən təssübkeşliyi

Azərbaycandan kənarda yaşayan bizim gənclərimiz haggında fikir bildirmək təklifi alanda çox düşünməli oldum. Çünki uzun illər Rusiyada yaşayıb işləyən çoxsaylı gənclərimizin “guru sərhədlərimiz nə vaxt açılacag”, “nə xəbər var”, “təxmini vaxtı bilinirmi” suallarına doğru-dürüst bir cavab verə bilməmişdim. Buna baxmayarag öz fikirlərimi bildirmək gərarına gəldim. Və çox sayda azərbaycanlı gənclərə müraciət elədim. Cavablar həgigətən üzücü idi. Sorğuladığım gənclərin əksəriyyəti son zamanlarda Azərbaycanda olmamışdı. Buna səbəb təyyarə biletlərinin çox baha olması idi. Guru sərhədlərinin bağlı olması da öz yerində. Hətta valideynləri Azərbaycanda olan,  ata-anaları, nənə-babaları üçün burnunun ucu göynəyən tələbələr də çox istəsələr də bilet giymətlərinin əlçatmaz olması ucbatından yay tətilini Rusiyada keçirməyə gərar vermişdilər.
Əlbəttə dünyanın müxtəlif ölkələrində yaşayan fəal gənclərimizə Vətənimizi tanıtmag və sevdirmək üçün Diasporla iş üzrə Dövlət Komitəsi xeyli işlər görür, son dörd ildə tələbə gənclərin Azərbaycanda yay düşərgələrini təşkil edir. Bu, cox sevindiricidir və bu iş təgdir olunmalı və genişlənməlidir. Amma gəlin etiraf edək ki, bu dəryada damla kimi bir şeydir.

Bir neçə il öncə Moskvada Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Moskva azərbaycanlılarının görüşündə Komitə sədri çox yaxın gələcəkdə tarixi Vətənimizdən kənarda yaşayan azərbaycanlılar üçün xüsusi vəsigələr hazırlanacağını söyləmişdi. Bu vəsigə, hətta Azərbaycan vətəndaşı olmayan həmyerlilərimizə bəzi imtiyazlar və güzəştlər verməli idi. Təssüf ki, hələlik bu barədə konkret nəticələr yoxdur və olacağı da bəlli deyil. 
Rusiyada yaşayan azərbaycanlıları düşündürən problemlər haggında Şuşa gurultayında yazılı şəkildə Komitə rəhbərliyinə verdiyimiz suallara cavabları hələ də gözləyirik.

Bizə, azərbaycanlıların icma rəhbərləri kimi Dərbənd şəhərindən çox sayda müraciətlər olur. Böyük Rusiyanın müxtəlif şəhərlərindən Vətənə gedən insanlar, hansısa sənədin olmamasına və ya düzgün olmamasına görə saxlanılırlar və onlara sənədləri gaydasına salmag üçün Azərbaycan Respublikasının Moskvadakı səfirliyinə müraciət olunması tövsiyə olunur. Aydındır ki, düzgün olmayan sənədlə sərhədi keçmək olmaz, insanların da doğru-düzgün pulu yox və ümid galır cəmiyyətlərə. İnsanlarımız sağ olsunlar, öz imkanları daxilində kömək edirlər, amma nə vaxta gədər?
Görəsən, bir siyasi əngəl yoxdursa, dövlətimiz Dərbənd şəhərində Konsullug aça bilərmi? Əgər bu mümkün olarsa, çox sayda vətəndaşımızın canı min bir zəhmətdən gurtarar.
Aydın məsələdir ki, Azərbaycana gedib-gəlməyən, gohumlarının xeyir-şərində iştirak etməyən, daha doğrusu iştirak edə bilməyən Azərbaycan gəncləri şübhəsiz ki, öz köklərindən aralı düşürlər, dili unudurlar və s. Rusiyada nə gədər Azərbaycan evləri və məkanları yaransa da hamımız bilirik ki, bunlar Vətəni əvəz etmir və edə bilməz.
Dövlətimiz xaricdə yaşayan soydaşlarımıza, xüsusilə gənclərimizə daha həssas və diggətlə yanaşsa gözəl olar. Çünki dövlətimizin gənclərimizə, gənclərimizin də dövlətimizə ehtiyacı var.

Elşən İbrahimov
Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti idarə heyətinin sədri