HƏR ŞEY QƏLƏBƏ ÜÇÜN - BAKI NEFTİ

Vahiməli maşınlar
Tərpənməz idi qəti.
Olmasaydı bakında
Bakı benzini, nefti!

S. Mixalkov

Böyük Vətən Müharibəsində Azərbaycan xalqı  qələbə üçün böyük töhfələr vermişdir.  Hərbi əməliyyatlar səhnəsindən nisbətən uzaqda olmasına baxmayaraq müharibənin  bütün ağırlıq və acılarını yaşamışdır. Müharibənin təkcə birinci günü qırx mindən artıq oğlan və qızlar könüllü cəbhəyə yollanmaq üçün hərbi komissarlığa ərizə vermişdi.  Qısa müddətdə 186 min insan xalq müdafiə cəbhəsinə səfərbər oldu. Respublikanın ərazisində  87 qırıcı batalyon, 1124  özünü müdafiə dəstələri, 15 min hava hücumundan müdafiə  bölmələri yaradıldı. Çətinliklərə baxmayaraq  Bakı cəbhəni  fasiləsiz olaraq neftlə təmin edirdi. Cəbhədəki hər beş təyyarələrin, tankların dördü Bakı neftayrırma zavodlarının hesabına  işləyirdi.

Belə bir ağır şəraitdə, ixtisalı fəhləlrərin, ustaların, mühəndislərin cəhbəyə yollandığı vaxtda, maşınqayırma texnikasını ilə təmin olunmadıqları bir şəraitdə neftçilər maksimum hasilata nail olurdular. Bu  partiya və hökümətin: “Hər şey cəhə üçün, hər şey qələbə üşün!” –  çağrıına qəhrəmanlıq cavabı idi.

Müharibənin birinci ili  neft hasilatında rekord  idi – 23, 482 milyon ton! Heç vaxt bakıda bu qədər neft çıxarılmamışdı və bu rekordu keçmək olmayıb.
Yüksək ixtisaslı neftçilər könüllü olaraq cəbhəyə yola salınarkən onları  anaları, bacıları, təqaüdçülər qısa kurslar keçməklə əvəz edirdilər və dərhal əmək fəaliyyətinə başlayırdılar.  Sərt müharibə illərində arxa cəbhədə şanlı  insanlar gecə-gündüz  bilmədən çalışıdılar. Bakəda bir çox maşınqayırm zavodları silah və sursat istehsalına keçmişdi. Bunlardan  “ Molotov kokteyli” adı ilə məşhur olan yandıırıcı qarışıq  xüsusilə şöhrət qazanmışdı.

03.12.1942  ildə Hərbi müdafiə Komitəsinin   №249  Qərarı ilə Bakıda  YKA-3 qıırıcı təyyarələrin istehsalına başlandı. 1942-ci ilin yazında artıqYAk- 3  hərbi qırıcıları  Bakıdan cəbhəyə uçurdu.
42-ci ilin iyulunda “Katyuşa” kimi tanınan minaatanların sitehsalı başladı. Bakıda 130- dan artıq hərbi silah və sursat növləri istehsal olunurdu. 1942-ci ildə Bakıda yüksək  ixtisaslı kəşfiyyatçılar məktəbi yaradıldı və 1953-c ilə kimi fəaliyyət göstərdi.

Müdafiə Fonduna Azərbaycan əhalisi tərəfindən 15 kq. qızıl,  952 kq. gümüş əşyaları,  320 milyon manat pul, 1, 6 milyondan çox  cəbhə üçün zəruri  olan ləvazimatlar, 125 vaqon isti paltar göndərilmişdi. Təkcə Leninqarad üçün 42-ci ilin yayına kimi 2 vaqon kürü, 40 ton  meyvə qursu, 12 vaqon tomat və şirələr, dərmanlar, sarğı materialları və başqa  məmulatlar göndərilmişdi.

Müharibə illərində respublikanın ərazisində  440 min yaralıların müalicə aldığı hərbi qospitallar şəbəkəsi  yaradılmışdı. Respublikanın 127 nümayəndəsi ən yüksək  təltifə  -  Sovet  İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 min əsgər və zabitləri  isə  SSRİ orden  və medallarıyla təltif olunmuşlar. Azərbaycan respublikası qələbə üçün öz neftini, həm də ən qiymətli sərvət kimi  - 300 mindən artıq oğul və qızlarını qurban verib.