Beynəlxalq Qarabağ Forumu müharibə çağrışı ilə Prezidentə müraciət etdi

Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, İsveç, İsveçrə, Belçika, Fransa, ABŞ və digər ölkələrin təmsilçilərini özündə birləşdirən Beynəlxalq Qarabağ Forumunun Koordinasiya Şurasının  bu gün videokonfrans formatında keçirilən iclasında işğalçı Ermənistana qarşı dərhal hərbi əməliyyatların başlanması çağırışı ilə Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Forum üzvləri Akif Nağı (Azərbaycan), Sultan Əzimzadə (Azərbaycan), Ziya Zakir Acar (Türkiyə), Kərəm Karabulut (Türkiyə), Sözer Akyıldırım (Türkiyə), Elşən İbrahimov (Rusiya), İlham Əliyev (Rusiya), Ceyhun Əliyev (Rusiya), Burzu Əliyev ( Ukrayna), Fərhad Turanlı ( Ukrayna), İradə Əliyeva (İsveç), Kənan Hacıəkbəroğlu (İsveç), Samir Həsənov (Almaniya), Mustafa Qula Bala (Almaniya), Saleh Qəhrəmanlı ( Fransa) və digərlərinin  imzaladığı müraciətdə göstərilir: “ 30 ildir ki, Azərbaycan Respublikasının ərazisinin 20 % Ermənistanın işğalı altındadır. 2016-cı il aprel ayının 1-dən 5-nə qədər Lələ Təpə döyüşlərinin müddətsiz dayandırılması düşmənin davamlı atəşkəsi pozmasına və yeni hücumlarına səbəb oldu. Qeyd edirik ki, düşmən Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpağlarının tamamilə azad olunmasına və tam qələbə əldə edilməsinə qədər şanlı Azərbaycan ordusunun çevik hücumları bərpa etməsinin vacib olduğunu qətiyyətlə dəstəkləyirik.


 Bu amilləri nəzərə alaraq:

1) Ermənistanın hər gün atəşkəsi pozması;

2) Minsk qrupunun fəaliyyətsizliyi;

3) Beynəlxalq münasibətlərdəki indiki vəziyyət;

4) Döyüşlərdə həlak olan əsgərlərimizin qisasını almaq;

5) Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamlar / soygırımı : Quqark (1988), Bağanis Ayrım (1990), Qaradağlı (1992), Xocalı (1992), Ağdaban (1992);

6) 1992-ci il fevral ayının 25- 26 günlərində erməni silahlı terror dəstələrinin Xocalının yerli sakinləri olan azərbaycanlılara qarşı törətdikləri qətliam / soyqırımı;

7) Ermənistanın işğal etdiyi  Azərbaycanın şəhər və kəndlərindəki Azərbaycanın tarixi abidələrinə, mədəni irsinə qarşı törətdikləri təxribatlar: Şuşa (1992), Laçın (1992), Xocavənd (1992),   Kəlbəcər (1993), Ağdərə (1993), Ağdam (1993), Fizuli (1993), Cəbrayıl (1993), Qubadlı (1993), Zəngilan (1993).

8) Dəhşətli amillərdən biri də Qarabağda və sair işğal olunan yerlərdə ermənilərin məscidlərimizi, dinimizi təhqir etmələri;

8) məsələnin sülh yolu ilə həll edilməsi üçün Ermənistan Respublikasının Beynəlxalq Təşkilatların tələblərini rədd etməsi, müvafiq sənədlərin şərtlərinə əməl etməməsi;

9)2020-ci ilin mart-may aylarında Ermənistan Pespublikası rəhbərlərinin Xankəndində, Şuşada hərbi yürüşlər etmələri və Azərbaycan Respublikasını hədələmələri;

10) erməni silahlı terror dəstələri  COVID-19 yoluxucu xəstəliyi nəzərə almayaraq, mütəmadi olaraq, o cümlədən 12 İYUL 2020-ci ildə Azərbaycanın şəhər və kəndlərini şiddətli atəşə tutmaları;

 11) Tovuz döyüşlərində ordumuzun 1 (bir) nəfər generalını, digər yüksək rütbəli zabitlərimizi və sıravi əsgərlərlərimizi öldürmələri;

12) Azərbaycan Diaspor Təşkilatlarının ordumuza dəstək məqsədilə etdikləri mitinqlərə və diplomatik təmsilçiliklərimizə qarşı erməni icmaları tərəfindən təxribat törətmələrinin, o cümlədən Azərbaycan xalqının milli qürurunun təhqir edilməsini nəzərə alaraq Qarabağ məsələsinin daha gecikmədən həll olunmasıdır. 

Onu da qeyd edirik ki, dünya tarixində hərbi və sairə müqavilələr hec zaman müddətsiz imzalanmır, mütləq bütün sənədlərdə şərtlərə əməl olunacaq müddət əks olunur. Qarabağ məsələsinin həlli ilə əlaqədar bütün sənədlər, xüsusilə müqavilələr Azərbaycanın Konstitutsiyasına və Beynəlxalq hüquq qaydalarına əsasən yenidən düzəldilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının vasitələri və müddəti dəqiq yazılmalıdır.

Bu məsələlərin həll edilməsi üçün diasporada yaşayan nüfuzlu alimlərin və siyasətçilərin də Azərbaycan Respublikası Milli Məclisinə kömək edərək müvafiq qanunların qəbul edilməsini təmin etmələri vacibdir.

Azərbaycanın Konstitutsiyasına, qəbul edilən qanunlara əsasən Ermənistan  tərəfindən işğal olunan Azərbaycan Respublikasının ərazisinin azad ediliməsi məqsədilə güclü Azərbaycan ordusunun qəti olaraq genişmiqaslı çevik hərbi əməliyyatlara başlamasını tələb edirik.

Bir daha xatırladırıq ki, 4 (dörd) günlük aprel döyüşlərinin müddətsiz dayandırılması, düşmənə ordusunun gücləndirilməsinə və Azərbaycan torpağlarına, o cümlədən şəhər və kəndlərimizə şiddətli hücumlara keçmələrinə səbəb oldu.

Dünya tarixində müharibələrin gedişatını təhlil edərək, qəti şəkildə bildiririk  ki, beynəlxalq münasibətlərdəki və ölkəmizdəki mövcud olan vəziyyəti də nəzərə alaraq qüdrətli ordumuz qanunsuz olaraq Ermənistana verlmiş Zəngəzuru da geri qaytarmaqla Naxçıvanın anklav və blokada vəziyyətindən çıxarılmasını təmin etməlidir.

Azərbaycanın Konstitutsiyasına istinadən, xalqın iradəsinə əsaslanaraq ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlara başlayaraq tam qələbə çalmalıdır! Bu məqsədlə çevik hərbi əməliyyatlara başlanılmasını Azərbaycan Respublikasının Prezidenti  və ordumzun Ali Baş Komandanından  bir daha qətiyyətlə xahiş edir, ordumuza qələbə arzulayırıq!”