“RUSIYA AZƏRBAYCAN VƏ TÜRKIYƏ ŞAGIRD VƏ TƏLƏBƏLƏRIN GÖZÜ ILƏ” LAYIHƏSI KEÇIRILIR

İntellektual və idrak müsabiqələrinin qalibləri “Rusiya Azərbaycan və Türkiyə şagird və tələbələrin gözü ilə” Rusiyanın şəhərlərinə 9 günlük səfər edəcək.

Azərbaycan və Türkiyədən olan iyirmi şagird və tələbə yanvarın 23-dən 31-dək  rus xalqının tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı tapacaq. Layihə Rusiya Azərbaycanlılarının Regional Milli-mədəni Muxtariyyətinin (ARMM) Moskva vilayəti təşkilatının təşəbbüsü və mədəniyyət və idmanın inkişafına dəstək “İnkişaf” fondunun dəstəyi ilə həyata keçirilir.

Tur iştirakçıları Moskva, Sankt-Peterburq, Pereslavl, Rostov, Yaroslavl, Kostroma, Suzdal və Vladimir şəhərlərində yerli icra hakimiyyət nümayəndələri, gənclər təşkilatları, yerli diaspor təşkilat nümayəndələri ilə görüşəcəklər, muzeylərdə və bir sıra tarixi abidə və yerlərlə tanış olacaqlar.

“Biz Rusiyada Azərbaycan və Türk gəncliyini ümumi marağının şahidi olduq. Rusiyanın bölgələrinə səfərlər etmək, rus xalqının tarixi və mədəniyyəti, adət-ənənəsi ilə yaxından tanış olmaq məktəblilərin bilik və bacarığının, təhsil aldıqları dövlətə bağlılığından irəli gəlir ki, bu da onlar üçün ən böyük mükafat olacaq” – deyir (ARMM) Moskva vilayəti təşkilatının rəhbəri Qalib Ağayev. Onun sözlərinə görə, bu layihə Azərbaycan və Türkiyə şagird və tələbələrin, onların valideynlərinin Rusiya dövlətinə tarixi və mədəniyyətinə olan hörmətin göstəricisidir. Bu layihə və müsabiqə həmçinin Rusiya, Azərbaycan və Türkiyə tələbələri arasında dostluq münasibətlərinin inkişafının yaradılması üçün əlverişli şərait yaratmaq imkan verir.

Müsabiqənin seçim turları 2014-cü ilin noyabr və dekabr aylarında Azərbaycan və Türkiyənin bir sıra şəhərlərində keçirilib. Müsabiqədə bu ölkələrin 7-11-ci sinif şagirdləri və müxtəlif universitetlərin tələbələri iştirak edib.

Q.Ağayev artıq rəhbərlik etdiyi təşkilatın bu məsələdə yetərincə təcrübəsi olduğunu bildirib. Anoloji konkurs – “Azərbaycan Rusiya şagird və tələbələrin gözü ilə” turu Azərbaycan tarixi və mədəniyyətininin tanışlığına istiqamətlənmişdi. Bu kimi konkurs və turlar mədəniyyət və idmanın inkişafına dəstək “İnkişaf” fondu tərəfindən 10 ildir ki, həyata keçirilir. Artıq layihə ümumRusiya səviyyəsində həyata keçirilir: Udmurtia, Kalmıkiya, Tomsk, Novosibirsk, Rostov, Voronej, Samara, Nijni Novqorod, Tümen, Moskva vilayəti və Moskva. Qaliblərin Azərbaycana səfəri də təşkil olunacaq.

Qısa URL:

http://avrasiya.net

http://xeberman.com/main

www.metbuat.info