“RUSIYA AZƏRBAYCAN MƏKTƏBLILƏRININ GÖZÜ ILƏ” MÜSABIQƏNIN QALIBLƏRI 10 GÜN RUSIYAYA SƏYAHƏT EDƏCƏKLƏR-(VİDEO, FOTO)

Qalib Ağayev:"Bu gün Rusiyada başqa milli təşkilatların heç birinin Ümumrusiya tədbiri yoxdur"
Bu ayın əvvəlində Azərbaycanda “Azərbaycan Rusiya şagirdlərinin gözü ilə” intellektual bilik müsabiqəsi adlı bir sıra maraqlı tədbirlər keçirilb.Qeyd edək ki,bu müsabiqə proyekt çərçivəsində həyata keçirilib. Bildirək ki, müsabiqənin qalibləri 10 gün Rusiyanın müxtəlif yerlərini görmək imkanına malik olacaqlar. Müsabiqə həmçinin Rusiyanın müxtəlif vilayətlərində də keçirilib.

Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti təşkilatının sədri,müsabiqənin təşkilatçısı Qalib Ağayev müsabiqə ilə bağlı fikirlərini müxbirimizlə bölüşdü:
“Bizim ilk tədbirlərimiz 2003-cü ildən Rusiyanın Moskva vilayətinin İstra rayonundakı Peqoji kollecdə “Azərbaycan Rusiya şagirdlərinin gözü ilə” intellektual bilik müsabiqəsi ilə başlayıb.
Bu müsabiqəni özümüz fikirləşib yaratmışıq. 2010-cü ildən isə müsabiqə Moskva vilayətinin şəhərlərində ,Moskvadakı ali və orta məktəblərdə keçirilməyə başlandı.2011-ci ildən isə bu proyekt Rusiyanın böyük ərazisində keçirilməyə başlandı. Proyektimiz artıq Rusiyanın 20 subyektində keçirilir. Bu gün proyektimiz müxtəlif Azərbaycan təşkilatları tərəfindən yansılanır və normal keçirilmir.Bu proyekti öz adlarına çıxanlar da az deyil. Ancaq hesab edirəm,bu normaldır. Sadəcə yaxşı olardı ki,bu tədbirlərin daha maraqlı və faydalı olması üçün əməkdaşlığın tərəfdarıyıq.Bu gün Rusiyada başqa milli təşkilatların heç birinin Ümumrusiya tədbiri yoxdur.

Biz Azərbaycanı daha da yaxından tanıtmaq, xalqımızın qonaqpərvərliyini,sülhsevərliyini, Azərbaycandakı quruculuq işlərinin miqyasını göstərmək üşün müsabiqə qaliblərini Azərbaycanın şəhər və kəndlərini 8-9 günlük səfərini təşkil etdik.Hər il Rusiya regionlarında keçirilən müsabiqələrin qalibləri Moskvada toplanır,Azərbaycan səfirliyində kiçik yığıncaq keçirilir,sonra isə Azərbaycana səfər təşkil edilir.Çox əfsuslar olsun ki,bu tədbirlərdə Azərbaycanın cavabdeh qurumlarının iştirakını görmürük.

Bu ildən başlayaraq isə təşkilatımız Azərbaycanın şəhərlərindəki ali və orta məktəblərində “Rusiya Azərbaycan məktəblilərinin gözü ilə” müsabiqəsini keçirməyə başlamışıq.Məqsədimiz Azərbaycandakı tələbə və şagirdlərə liderlik imkanları yaratmaq, onlarda rus dilinə,tarixinə,coğrafiyasına ,ədəbiyyatına maraq yaratmaq , Azərbaycan gəncləri ilə diaspora təşkilatları arasında əlaqələrin genişlənməsi üçün şərait yaratmaq ,diasporamızın işləri haqqında Azərbaycanda geniş məlumat verməkdir.Hesab edirik ki, diasporamızın işləri lazımi qaydada Azərbaycanda təbliğ olunmur.Öz vətənimizin dövlət orqanları ilə əlaqələrimiz çox zəifdir.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə heç bir əlaqəmiz yoxdur,baxmayaraq ki,dəfələrlə müraciət edirik,müraciətlərimiz cavabsız qalır,nə onların bizdən xəbəri var,nə də bizim onlardan. Müsabiqələrin qalibləri yanvarın axırlarında 10 günlük səhayətə çıxacaqlar.Onlar Moskva vilayəti ilə tanış olacaqlar.Bu regionlardakı gənclər, diaspora təşkilatları və Azərbaycan səfirliyində görüşlər keçiriləcək. “Zolotoye kolço”-“Qızıl Dairə”ki şəhərlərə səfər edəcəyik,sonra isə 3 günlük Sankt-Peterburq şəhərində olacaqlar.Bu müsabiqələri hər il keçirmək qərarına gəlmişik.Proyektimizi inkişaf etdirmək istəyirik.Təbii ki,problemlər yaranmasa.

Onu da deyim ki,bu gün Rusiyada elə bir proyekt yoxdur ki, o Ümumrusiya proyekti olsun.Bizim proyektimiz nəinki Ümumrusiya proyektidir,eyni zamanda layihəmiz beynəlxalq layihəyə çevrilib. Biz bu il bu proyekti Rusiyada,Azərbaycanda ,Türkiyədə də həyata keçiririk. Müxtəlif bölgələrdən olan yeniyetmə və gənclərimiz həm öz aralarında,həm də rusiyalı həmyaşıdları ilə tanış olmaq ,əlaqələr qurmaq ,əməkdaşlıq imkanlarına malik olacaqlar.Yeniyetmə və gənclərin arasında Azərbaycana ,Rusiyaya ,Türkiyəyə maraq ,sevgi və məhəbbətin artması ,gələcəkdə bir çox problemlərin aradan götürülməsinə səbəb olar,dövlətlərarası münasibətlərin yaxşılaşması prosesinə böyük təkan verər, diasporumuzun da imkanlarının Rusiyada artmasına şərait yaranar.Tədbirlərimizin keçirilməsində Moskvadakı Mədəniyyət və İdman fondunun rəhbəri Tahir Hacıyevin çox böyük zəhməti olub. Mən eyni zamanda Moskva vilayətindəki aktiv təşkilatlarımızın ,onlara rəhbərlik edən diaspora fəalları olan həmvətənlərimzi xüsusi olaraq qeyd etmək istəyirəm. İstra rayon təşkilatının sədri Elşən İbrahimov,Krasnoqorskrayon təşkilatının sədri Şəmsəddin Balabəyov,Ximki təşkilatının sədri Xanoğlan Əliyev Dmitrov təş-nın sədri Seyran Hüseynov, Mıtişi təş-nın sədri Ziyafət Surxayev , Lyubertsı təş-nın sədri Saleh Qurbanov,Tapdıq Nağıyevi Lenin rayon təş-nın sədri Eldəniz Məmmədovu,təşkilatımızın dini işlər üzrə sədr müavini Ziyəddin Qulubəylini qeyd etmək istərdim. Bu tədbirlərin keçirilməsində təşkilatımızın fəallarının böyük rolu olub.

Qeyd edək ki, “Rusiya Azərbaycan məktəblilərinin gözü ilə” adlı intellektual müsabiqəsi Mingəçevirdəki 3 saylı orta məktəbdə, “Xəzər” universiteti və “Atatürk” liseyində maraqla qarşılanıb. Mingəçevir Təhsil şöbəsinin metodisti Validə Əlizadə qeyd edib ki, 4 nominasiya üzrə baş tutan yaradıcılıq müsabiqəsində iştirakçılar həm rəsm çəkib, inşa yazıb, həm də Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetiriblər. Şagirdlərin təqdimatında səhnəciklər, musiqi nömrələri, şeirlər tədbirə rəng qatıb. Xüsusən qonağın-Sumqayıtda doğulan və Rusiyada yaşayan müğənni və bəstəkar Yaroslav Semyonovun ifasında səslənən Azərbaycan mahnıları iştirakçıların marağına səbəb olub.Qeyd edək ki,Azərbaycan mədəniyyətini,musiqisini təbliğ edən,Azərbaycanı vətəni sayan,onu çox sevən Yaroslav Semyonov hər üç tədbirdə çıxış edib və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Mingəçevirdə münsiflər heyətinin seçimi ilə mingəçevirli məktəblilərindən Lətif Məmmədov, Günel İsmayılova və Maya İsmayılovanın yüksək nəticə göstərdikləri və onların Moskvaya 10 günlük səyahət qazandıqları elan olunub. Qabil Ağayev onu da bildirdi ki, 10 ildir fəaliyyət göstərən təşkilatın məqsədlərindən biri də gənclərin başqa xalqların tarixinə, mədəniyyətinə marağını artırmaqdır. Bundan başqa o bu müsabiqənin keçirilməsində böyük əməyi keçən,buna yardımçı olan Təhsil Nazirliyinə, Xəzər universiteti və Atatürk liseylərinin rəhbərlərinə ,nümayəndələri ,İctimai İnkişaf Birliyinin sədri Mübariz Göyüşlüyə, Rus Mədəniyyət Evinin direktoru Lyubov Timofeyavneya ,Tatarıstanın Bakıdakı nümayəndəliyinə , Mingəçevir Təhsil Şöbəsinin işçilərinə, xüsusilə Validə xanıma ,orta məktəblərin rəhbərlərinə,nümayəndəlik rolunu oynamış, Çingiz Nəzərova,digər iştirakçılara ,incəsənət və özfəaliyyət kollektivlərinə , Rusiyanın Kareliya vilayətindən olan qonağımız, Azərbaycan musiqisinin böyük təbliğatçısı Yaroslav Semyonova öz minnətdarlığını bildirdi.”Onların köməyi və iştirakı olmadan tədbirimiz həyata keçməzdi”,-deyə Qalib Ağayev bildirdi.

Bolgexeber.com

VİDEO: MİNGƏÇEVİR: RUSİYA - AZƏRBAYCAN LAYİHƏSİ