İVANOVA UNUDULMAZ BIR SƏFƏR

“Rusiya Azərbaycan və Türkiyənin məktəbli və tələbələrinin gözü ilə” intellektual müsabiqəsinin qalibləri İvanovski Millətlər Evini ziyarət ediblər. Müsabiqə Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin Moskva vilayəti təşkilatı  tərəfindən təşkil edilib.

Təşkilatın rəhbəri Qalib Ağayev bildirib ki, artıq on il əvvəl bu müsabiqə təşkil edilib. Birinci konkurs “Azərbaycan rusiyalı şagird və tələbələrin gözü ilə” 2003-cü ildə Moskva vilayətində keçirilib. Daha sonra bu müsabiqənin  coğrafiyası genişləndirildi və digər bölgələrin gəncləri, şagirdləri də bu prosesə cəlb olundu.  Xüsusilə, Kalmıkiya, Udmurtia, Tomsk, Novosibirsk, Voronej, Rostov və digər regionlarda. Rusiyanın məktəblilər və tələbələri  Azərbaycanın  tarixi, coğrafiyası, mədəniyyəti, və s haqqında öz biliklərini nümayiş etdiriblər.

2014-ci ildə təşkilatçılar Azərbaycan və Türkiyə şagird və tələbələri üçün də belə bir konkursun təşkilini qərarlaşdırıblar.  Dövlət orqanları, təhsil müəssisələri və bu ölkələrin rus icmalarının dəstəyi ilə bu layihə də reallaşdı.  Birinci mərhələ qiyabi formada Azərbaycan və Türkiyənin bir neçə şəhərində keçirilib. Qaliblər ikinci mərhələyə adlanıb.  Baş priz 16 gəncin Rusiyanın şimal bölgəsinə ziyarətin təşkili olub.

mubi1

Q.Ağayevin bildirdiyinə görə, nümayəndələr 2015-ci ilin yanvarın 23-də Moskvaya təşrif gətiriblər. Səfərin bu tarixə salınması qonaqlara Rusiyada qışın necə keçdiyini göstərmək və bir növ onları Rusiyanın qarı ilə sevindirmək olub.  Moskvaətrafı tanışlıqdan və yerli icra hakimiyyəti rəsmiləri ilə görüşdən sonra bir həftəlik qastorl reallaşdırılıb. Nümayəndələr Sergiev Posad, Pereslavl Zaleski, Rostov Veliky, Yaroslavl, Kostromada qonaqpərvərliklə qarşılanıblar.

İvanovo səfər proqramında nümayəndələri  Ümumrusiya Azərbaycan Konqresinin İvanovo regional bölməsinin əməkdaşları  qarşılayıb.  Təşkilatın sədri Sərraf Məmmədov qonaqları İvanovo haqqında məlumat verib və onları şəhərin görməli yerləri ilə tanış etməkdə yardımçı olub.

İvanovski Millətlər Evinə gələn nümayəndələr oranın direktoru Nikolay Karikanın müşayəti ilə geniş məlumat əldə ediblər. Həmçinin orada dəyirmi masa keçirilib və nümayəndələr onları maraqlandıran suallara cavab tapıblar. Bu səyahətdən və yüksək qonaqpərvərliklə qarşılanan nümayəndələr Suzdal, Vladimirə gedibllər,  daha sonra isə Moskvaya qayıdıblar.

Bəli, bu səfər çərçivəsində Millətlər Evi yeni dostlar qazanıb. Bununla da Rusiyaya səfər tələbələr arasında əməkdaşlığın möhkəmlənməsi və daha da genişlənməsinə təkan verib.

Avrasiya.net